Dünya

Millimizin hücumçusu İsveçrə klubundan ayrılır

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrənin “Qrasshoppers” klubunu tərk edə bilər.

Bu barədə Sürix təmsilçisinin idman direktoru Bernt Haas məlumat verib.

Onun sözlərinə görə, 24 yaşlı hücumçu üçün İsveçrə klubu bir neçə təklif alıb. Ancaq rəhbərlik hələ bu barədə qərarını verməyib.

“Hazırda Dadaşovla variantları nəzərdən keçiririk”, – B.Haas bildirib.

Qeyd edək ki, Renat Dadaşov “Qrasshoppers”ə ötən il İngiltərə “Vulverhempton”undan keçib. O, bu mövsüm dörd matçda bir qol vurub.

Mənbə: nau.ch

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir