Dünya

Priqojinin qəzaya uğrayan təyyarəsi ilə bağlı Rusiyadan qəribə addım

Sharing is caring!


Rusiya Braziliyanın Aviasiya Qəzalarının Təhqiqi və Qabaqlanması Mərkəzinə (CENIPA) məlumat verib ki, “Vaqner” özəl hərbi şirkətinin sabiq rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer” təyyarəsinin qəzaya uğramasını beynəlxalq qaydalara uyğun araşdırmayacaq.

Bu barədə CENIPA məlumat yayıb.

“Onlar bunu etməyə məcbur deyillər, bu, sadəcə, tövsiyə olunur”, – mərkəzin rəhbəri Marselo Moreno açıqlayıb.

Onun sözlərinə görə, əgər Moskvadan dəvət gələrsə, Braziliya onu qəbul edəcək:

“Lakin əgər onlar təhqiqata başlayıb Braziliyanı dəvət etsələr, biz məsafədən işləyəcəyik”.

Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hadisə vaxtı “Vaqner”in rəhbəri Yevgeni Priqojin də təyyarənin sərnişinləri arasında olub. Qəza nəticəsində təyyarədə olanların hamısı həlak olub.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir