Dünya

“Qarabağ”ın istədiyi hücumçu “Fənərbağça”ya keçdi

Sharing is caring!


Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İstanbul təmsilçisi kolumbiyalı hücumçu Alfredo Morelosla razılaşıb. Məlumata görə, forvard tibbi müayinədən keçmək üçün artıq İstanbuldadır.

Son klubu Şotlandiyada “Reyncers” olan Morelosun adı “Qarabağ”la da hallanırdı. 27 yaşlı hücumçu iyulun 1-dən azad agentdir.

Karyerası ərzində ölkəsində “Medelyin”, Finlandiyada HİK kimi klubların da formasını geyinmiş hücumçu ümumilikdə 354 oyuna 175 qol vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir