Dünya

Beynəlxalq Universitet İdman Festivalı: Azərbaycanın dörd taekvondoçusu medal qazandı

Sharing is caring!


Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvondo yarışlarına start verilib.

“Report”un məlumatına görə, ilk gün Azərbaycan milli komandası üçün uğurlu alınıb.

Yığmamızın dayanq üzərinə çıxan hər bir üzvü fəxri kürsüyə çıxıb. Səyyad Dadaşov (54 kq) qızıl, Vaqif Hacıyev (68 kq) və Eltac Qafarov (80 kq) gümüş, Pərviz İsgəndərov (63 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, millimiz yarışda 6 taekvondoçu ilə təmsil olunur. Avqustun 31-də başa çatacaq Beynəlxalq Universitet İdman Festivalında Adil Eyvazov (58 kq) və Nicat İsmayılzadə (74 kq) də qüvvələrini sınayacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir