Dünya

Professor: “İranın hazırkı vəziyyəti monqol istilasından da pisdir” – FOTO

Sharing is caring!


İran hökumətini tənqid etdiyinə görə işdən çıxarılan Tehran Universitetinin tarix professoru Daryuş Rəhmanian hökumətin təzyiqləri nəticəsində ziyalıların İrandan mühacirət etməsinin monqol istilasından daha pis olduğunu deyib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Daryuş Rəhmanian bu barədə yerli qəzetlərdən birinə müsahibədə deyib.

“Mən dəfələrlə yazmışam ki, insan kapitalının və düşünən beyinlərin İrandan qaçması monqol istilasından daha pisdir. Bu, İranın bünövrəsini sarsıdacaq və nə ölkənin, nə də hakimiyyətin xeyrinədir. İran elə bir istiqamətə doğru gedir ki, bir tərəfdən, zibil toplayanları, digər tərəfdən isə sənət adamlarını, mütəfəkkirləri, filosofları, alimləri, rejissorları və həkimləri ölkədən uzaqlaşdırır”, – deyə o əlavə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir