Dünya

Müəllimi ilə mübahisə edən tanınmış rusiyalı idmançı itkin düşüb

Sharing is caring!


Fiqurlu konkisürən, yeniyetmələr arasında Rusiya çempionu Alina Qorbaçova itkin düşüb.  

16 yaşlı istedadlı idmançının anası mətbuata verdiyi açıqlamada bildirib ki, qızı sonuncu dəfə Moskva şəhərindəki parklardan birinə girərkən görüntülənib.

Qadının sözlərinə görə, hələ ki, hüquq-mühafizə orqanlarının əlində yalnız müşahidə kameraları tərəfindən çəkilən qeydləri var. Qeydlərdə Alinanın parka necə girdiyi görünür, lakin idmançının yaşıl zonanı tərk etməsi barədə görüntülər mövcud deyil.

Rusiya mətbuatında yayılan digər məlumata görə isə, Alina Qorbaçova ötən gün məşq zamanı müəllimi ilə mübahisə edərək olduğu arenadan çıxıb gedib.

Mənbə: BAZA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir