Dünya

Ukrayna daha 84 hərbçinin cəsədlərini geri qaytardı

Sharing is caring!


Bu gün, avqustun 29-da Ukraynanın həlak olan əsgərlərinin müvəqqəti işğal olunmuş ərazilərdən repatriasiyası baş tutub.

Bu barədə Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin Yenidən İnteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ukrayna Rusiya ilə müharibədə həlak olan daha 84 hərbçinin cəsədini qaytarıb.

O da vurğulanıb ki, ölən müdafiəçilərin cəsədlərinin verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilir.

“Müdafiəçilərimizin cəsədləri şəxsiyyəti müəyyən edildikdən sonra ləyaqətlə dəfn olunmaları üçün yaxınlarına təhvil veriləcək”, – deyə məlumatda əlavə edilib.

Mənbə: ZN.UA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir