Dünya

İmran Xana qarşı irəli sürülən ağır ittihamlardan biri ləğv edildi

Sharing is caring!


Pakistanın ali instansiya məhkəməsi keçmiş baş nazir İmran Xana qarşı adam öldürməyə cəhd ittihamını ləğv etmək qərarına gəlib.

Bu barədə onun vəkili Naim Panyuta “X” hesabında bildirib. Həmçinin, bu gün məhkəmə Xanın dələduzluq ittihamı ilə ona üç il həbs cəzası nəzərdə tutan daha əvvəl çıxarılmış hökmün ləğvi ilə bağlı müraciətinə baxacaq.

Qeyd edək ki, İmran Xan 2018-ci ildə Pakistanın baş naziri vəzifəsinə keçib. 2022-ci ilin aprelində ona qarşı etimadsızlıq səsverməsi qəbul edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Oktyabr ayında İmran Xan seçkidən kənarlaşdırılıb və beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

Keçmiş baş nazir iyun ayında vəkil Rəzzək Şarı öldürməyə cəhddə ittiham olunub. Ümumilikdə, hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra siyasətçiyə qarşı 150-dən çox məhkəmə işi açılıb. İmran Xan tərəfdarlarının ölkəboyu dövlət idarələrinə və hərbi obyektlərə hücum etdiklərinə görə, eyni zamanda, korrupsiya, terrorizm və fitnəkarlıqda ittiham olunur.

Mənbə: Kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir