Dünya

Di Maria Messini “cırtdan” adlandırdı

Sharing is caring!


“Benfika” klubunun yarımmüdafiəçisi Anxel Di Maria Lionel Messinin MLS-də debütündən sonra ulduz futbolçunun sosial sosial şəbəkədəki paylaşımına zarafatyana şərh yazıb.

L.Messi ilə bərabər sonuncu dünya çempionatının qalibi olan futbolçu milli komandadakı həmkarı “Cırtdan, sən ağlını itirmisən, artıq dayan” şərhini yazaraq, Messinin son nəticələrinə  reaksiya verib. 

Xatırladaq ki, argentinalı ulduz Lionel Messi “İnter Mayami” ilə MLS-də debüt oyununa çıxıb. “İnter Mayami” səfərdə “Nyu York Red Bulls” komandası ilə qarşılaşıb.

Qarşılaşmanın 37-ci dəqiqəsində qonaqlar hesabda irəli çıxıblar. D.Qomez fərqlənib. 60-cı dəqiqədə meydana daxil olan Messi 89-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib – 2:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir