Dünya

Polşada ən azı səkkiz nəfər “legionellyoz”dan ölüb

Sharing is caring!


Polşanın Podkarpatye əyalətində son günlərdə ən azı səkkiz nəfər “legionellyoz” xəstəliyindən ölüb

Podkarpatyenin baş sanitarı “legionellyoz” infeksiyası nəticəsində dünyasını dəyişənlərin hamısının bir çox xəstəlikdən, o cümlədən xərçəng və kardioloji xəstəliklərdən əziyyət çəkdiyini, bu səbəbdən də immunitetlərinin xeyli zəif olduğunu bildirib.

Məlumata görə, ümumilikdə indiyədək rayonda “legionellyoz” əlamətləri ilə 113 nəfər xəstəxanaya yerləşdirilib.

Ərazidə və ona yaxın yerlərdə “legionellyoz”un yayılması ilə əlaqədar yerli hakimiyyət orqanları böhran qərargahı çağırıb. İstirahət günlərində su təchizatı şəbəkəsinin dezinfeksiyası ilə bağlı işlərin aparılacağı gözlənilir.

Qeyd edək ki, “legionellyoz” “legionella” cinsinə aid müxtəlif növ mikroorqanizmlərin yaratdığı kəskin yoluxucu xəstəlikdir.

Mənbə: interfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir