Dünya

Britaniyada dördayaqlı “oğru” hotelə ziyan vurdu – VİDEO

Sharing is caring!


Böyük Britaniyanın Çester şəhərində (Çeşir qraflığı) susamuru hotelin gölməçələrindən balıqları oğurlayaraq 100 min funt sterlinq dəyərində ziyan vurub.

Hadisə “Grosvenor Pulford Hotel & Spa” hotelində baş verib. Susamuru iki gölməçədən hər birinin dəyəri təxminən 2 000 funt olan 50-yə yaxın dekorativ koi balığı oğurlayıb.

“Oğru” müşahidə kameraları sayəsində aşkar edilib. Kadrlardan görünür ki, gölməçələr elektrik toru ilə hasarlanıb. Bu hasar balıqları quşlardan qorumaq üçün nəzərdə tutulub. Lakin susamuru maneəni dəf edərək gölməçəyə yaxınlaşa bilib.

“Susamurunun oğurluğunu müəyyən etmək olduqca təəccüblü idi. Çünki daha əvvəl kiçik balıqları quşlardan qorumaq üçün çəpərlər çəkdiyimiz üçün böyük heyvanların gölməçələrə girə biləcəyini gözləmirdik”, – deyə hoteli idarə edən Endryu Nelson bildirib.

O qeyd edib ki, administrasiya belə halların təkrarlanmaması üçün həll yolu tapmağa çalışacaq.

Mənbə: “The Daily Telegraph”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir