Dünya

Baydendən Trampın həbsxanadakı fotosuna reaksiya: “Yaraşıqlı oğlandır” – VİDEO

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden ölkənin keçmiş lideri Donald Trampın həbsxanadakı fotosu ilə bağlı şərh verib.

Bayden hazırda tətildə olduğu Nevada ştatında jurnalistlərlə söhbətində Trampı “yaraşıqlı oğlan” adlandırıb.

“Mən fotonu televiziyada gördüm. Yaraşıqlı oğlandır. Əla oğlandır”, – deyə Bayden qeyd edib.

Xatırladaq ki, avqustun 24-də Donald Tramp seçkilərə müdaxilə etdiyi üçün Fulton dairə həbsxanasında rəsmi həbs prosedurundan keçib. Tramp həbsdən azad edilib və bundan sonra o, 2021-ci ildən bəri ilk dəfə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) paylaşım edib. Paylaşımda mavi kostyum, ağ köynək və qırmızı qalstukda həbsxanada çəkdirdiyi fotosunu yayımlayıb. Fotoya “Heç vaxt təslim olma” və “Seçkilərə müdaxilə” kimi şərhlər verib.

Bu şəkil tarixə çevrilib, çünki əvvəllər heç vaxt ABŞ-nin heç bir keçmiş və indiki prezidentinin həbsxanada şəkli olmayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir