Dünya

Madaqaskarda stadionda yaranan izdihamda 80-ə yaxın insan yaralanıb, 12 nəfər ölüb – VİDEO

Sharing is caring!


Madaqaskarın paytaxtı Antananarivuda 11-ci Hind Okeanı Oyunlarına ev sahibliyi edən “Barea” stadionun girişində yaranan izdihamda ən azı 12 nəfər ölüb.

Məlumata görə, hadisə zamanı azı 80 nəfər yaralanıb, onların çoxu xəstəxanaya yerləşdirilib, bəziləri isə əməliyyat olunmalıdır.

Qeyd edək ki, polis dərhal izdihamın böyük olduğunu bildirib və izləyicilərdən evdə qalmağı xahiş edib. Lakin onlar göstərişlərə əməl etməyib və polis böyük izdihamın qarşısını ala bilməyib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir