Dünya

ABŞ-də böyük neft emalı zavodu yanır – VİDEO

Sharing is caring!


ABŞ-nin üçüncü ən böyük neft emalı zavodu olan “Marathon” neft emalı zavodunda güclü yanğın baş verib.

Məlumata görə, zavodda kimyəvi maddənin dağıldığı ehtimal edilir.

Bundan əlavə, şəhər hakimiyyəti yanğın yerindən üç kilometr radiusda yaşayan əhalinin təxliyəsinə başlayıb və yanğın artıq kosmosdan belə görünür.

Hazırda yanğın lokallaşdırılıb, itki yoxdur. Yanğınsöndürənlər yanğınla mübarizə aparır və havada zəhərli maddələrin konsentrasiyası ölçülür.

Qeyd edək ki, zavod ABŞ-nin Luiziana ştatının cənub-şərqində yerləşir.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir