Dünya

Kreml nümayəndəsi Priqojinin qalıqlarının DNT müayinəsinin nəticələrindən danışdı

Sharing is caring!


“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölüm faktını təsdiq edəcək ekspertizaların, o cümlədən genetik ekspertizaların nəticələri hələ hazır deyil”.

Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov Kremlin Priqojinin ölümünü təsdiq edə bilib-bilməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, hələ ki rəsmi nəticələr yoxdur.

“Rusiya prezidentinin dünənki bəyanatını diqqətlə dinləmisinizsə, o dedi ki, indi bütün lazımi müayinələr, o cümlədən genetik müayinələr aparılacaq. Rəsmi nəticələr hələ ki yoxdur. Onlar hazır olan kimi dərc ediləcək”, – deyə Peskov qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir