Dünya

Ermənistan və Hindistan gömrük sahəsində əməkdaşlıq edəcək

Sharing is caring!


Ermənistan və Hindistan gömrük sahəsində əməkdaşlıq edəcək.

Məlumata görə, müvafiq beynəlxalq Ermənistan hökuməti tərəfindən təsdiqlənib və ratifikasiya olunmaq üçün parlamentə gedəcək.

Qeyd edək ki, iyunun 23-də Brüsseldə “Ermənistan Respublikası ilə Hindistan Respublikası arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” saziş imzalanıb.

Tərəflər bir-birinə inzibati prosedurlarda köməklik göstərəcək və daxil olan yüklər haqqında məlumat mübadiləsi aparacaq, habelə malların rəsmiləşdirilməsindən sonrakı nəzarətdə əməkdaşlıq edəcək. Bu, qaçaqmalçılıq hallarının açılmasına və yaranan problemlərin operativ həllinə kömək edəcək.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir