Dünya

Hindistanda torpaq sürüşməsi nəticəsində çoxmərtəbəli binalar uçub – VİDEO

Sharing is caring!


Hindistanın Himaçal-Pradeş ştatının Kullu şəhərində musson yağışlarının yaratdığı güclü sürüşmə nəticəsində ən azı səkkiz çoxmərtəbəli yaşayış və inzibati bina uçub.

Məlumata görə, bir neçə gün əvvəl qəzalı evlərdən sakinlərin və işçilərin vaxtında təxliyəsi nəticəsində insan ölümünün qarşısı alınıb.

Qeyd edək ki, insanların təxliyəsi binalarda çatlar əmələ gəldiyi üçün edilib.

Himaçal-Pradeş hakimiyyətinin məlumatına görə, leysan və onun törətdiyi torpaq sürüşməsi, daşqınlar ştatda iki mindən çox evin uçmasına, 340-dan çox insanın həlak olmasına səbəb olub.

Aramsız yağan yağışlardan dəyən ziyan təqribən bir milyard dollar təşkil edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir