Dünya

Ukraynada azərbaycanlıların evləri atəşə tutuldu – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Rusiya Ordusunun Xarkov, Xerson, Zaporojye və Donetsk vilayətlərinə hücum cəhdi olub. Ukrayna Silahlı Qüvvələri tərəfindən hücum cəhdlərinin qarşısı alınıb.

Qeyd edilib ki, Xarkov vilayətinin Kupyansk, Donetsk vilayətinin Avdiyevka, Baxmut və Toretsk şəhərləri Rusiya Ordusunun hücumuna məruz qalıb.

M.Aslanovun verdiyi məlumata görə, Xarkov və Donetsk vilayətinə edilən hücum nəticəsində azərbaycanlıların evləri atəşə tutulub:

“Nəticədə 4 həmyerlimizin evi məhv olub. Ölən və ya yaralanan yoxdur”.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir