Dünya

Braziliyalı futbolçu seçdiyi 39 rəqəminin hekayəsini danışdı – FOTO

Sharing is caring!


İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Brunu Qimaraynş forması üçün seçdiyi 39 rəqəminin sirrini açıb.

Braziliyalı futbolçu azarkeşlərin 39 rəqəmi ətrafında marağını təbii qarşıladığını bildirib.

“Bilirəm ki, insanlar bunun bir futbolçu üçün qəribə rəqəm olduğunu düşünür. Amma mənim üçün 39 rəqəmi xüsusi mahiyyət daşıyır… Bu sehrli rəqəmdir. 39 rəqəmi mənə həyatda hər şeyi qazandırdı. Məni “Nyukas”la gətirdi. Məni yedizdirdi, geyindirdi, üç saatlıq avtobus pulumu ödədi, onun sayəsində arzumu həyata keçirə bildim. 039 məmin atamın Rio-de-Janeyrodakı taksisinin dispetçer nömrəsidir”, – deyə 25 yaşlı futbolçu bildirib.

Mənbə: İngiltərə Premyer Liqasının “Facebook” səhifəsi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir