Dünya

“Zirə” legionerini İsrail klubuna satdı

Sharing is caring!


“Zirə” futbolçusu Toni Qomeslə yolları ayırıb.

Qvineya-bisaulu vinger karyerasını İsrailin “Hapoel” (Hadera) klubunda davam etdirəcək. Məlumatı qəsəbə təmsilçisinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, iki klub arasında imzalanmış transfer müqaviləsinə əsasən, T.Qomes “Hapoel”ə transfer olunub. Anlaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu keçən ilin yayında Türkiyə “Tuzlaspor”undan “Zirə”yə transfer olunub. O, ötən mövsüm 25 matçda üç qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir