Dünya

“Newsweek”: “İranın azərbaycanlı əhalisi hakimiyyətin Urmiya gölünə etinasız münasibətindən narahatdır”

Sharing is caring!


Son iki onillikdə İranın şimal-qərbindəki Urmiya gölü demək olar ki, 95 faiz quruyub.

Göl quruyarsa, o zaman Qərbi və Şərqi Azərbaycan əyalətlərindən dörd milyona yaxın insan təxliyə oluna bilər. Səbəb də odur ki, duz fırtınaları onların torpaqlarını yaşayış üçün yararsız hala salacaq. Bununla əlaqədar ötən həftə bu əyalətlərdə yaşayan azərbaycanlılar küçələrə çıxaraq etiraz aksiyası keçiriblər.

Qeyd ki, bir həftə əvvəl İranın Təbii Sərvətlər və Su Hövzələrinin İdarə Olunması Təşkilatının Təbrizdəki ofisinin qarşısına toplaşan nümayişçilər “Urmiya gölü susuzdur!” şüarları səsləndiriblər.

Qeyd olunur ki, Urmiya gölü quruduğu bir vaxtda ölkə hökumətinin ehtiyacı olan digər bölgələrə su vermək üçün səylərini əsirgəməməsi etirazçıların diqqətindən yayınmayıb. İki həftə əvvəl Ərdəbil şəhərində azərbaycanlı fəallar Semnan vilayətindəki fermerlərə Xəzər dənizindən su çəkdiyinə görə hakimiyyəti tənqid edən vərəqələr paylayıblar.

Bundan əlavə, keçən il “Amerikanın Səsi” İranı problemə qəsdən etinasızlıq göstərməkdə günahlandırmışdı. Çünki gölün quruması onun dibindən litiumun çıxarılmasını xeyli asanlaşdıracaq. İran rəsmiləri bu açıqlamanı təkzib ediblər. 

“İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü etirazçıları gölün qurumasından siyasi silah kimi istifadə etməkdə ittiham edib. Bu ayın əvvəlində təhlükəsizlik qüvvələri Səid Minayi və Fatimə Dadaşzadə kimi tanınmış ətraf mühit fəallarını saxlayıblar. Sıravi mağaza sahibini isə Urmiya gölünün şəkli olan köynək geyindiyinə görə həbs ediblər”, – “Newsweek” məqaləsində deyilir.

“Həbslər və hədələr çətin ki, azərbaycanlıların əzmini qırsın. Onilliklər boyu davam edən repressiyalara baxmayaraq, azərbaycanlılar problemin həlli tələbi ilə küçələrə axışmaqda davam edirlər. Azərbaycanlılar üçün Urmiya gölünün quruması ekzistensial problemdir”, – məqalədə qeyd edilib.

Mənbə: “Newsweek”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir