Dünya

Lavrovu Cənubi Afrikada xüsusi təntənə ilə qarşıladılar – VİDEO

Sharing is caring!


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS sammiti üçün Cənubi Afrika Respublikasının Yohannesburq şəhərinə gedib.

Məlumata görə, Rusiya xarici işlər nazirinin təyyarəsi ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasına enib. Rusiyalı naziri xalq rəqsləri ilə qarşılayıblar.

Rusiya Prezidenti Vladimir Putin sammitdə videobağlantı vasitəsilə iştirak edəcək. Yohannesburqda liderlər rəsmi və qeyri-rəsmi görüşlərdə birliyin fəaliyyətinin aspektlərini müzakirə edəcəklər.

Qeyd edək ki, BRİKS 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılmış dövlətlərarası birlikdir. Sonradan bu birliyə Cənubi Afrika da qoşulub.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir