Dünya

Alimdən COVID-19-un səbəblərini tapmaq üçün çağırış

Sharing is caring!


“COVID-19 çox güman ki, laboratoriya mənşəli deyil, təbiidir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Ceremi Farrar məlumat verib.

“COVID-19-un təbii mənşəli olması getdikcə daha çox ehtimal olunur” deyən alim hələ də koronavirusun mənşəyi ilə bağlı digər fərziyyələri, o cümlədən, Uhan Virusologiya İnstitutundan biomaterialın sızması və ötürülməsini, həmçinin, şəhər bazarlarından heyvan əti vasitəsilə yoluxma fərziyyələrini nəzərdən keçirdiyini qeyd edib.

Farrar həmçinin, koronavirusun səbəblərini tapmaq üçün Çində ÜST-ün yeni missiyasını təşkil etməyə çağırıb.  

Qeyd edək ki, qlobal səhiyyədə koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. 11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasını pandemiya kimi xarakterizə edib. Təşkilatın saytında dərc olunmuş 12 iyul 2023-cü il tarixə olan məlumata görə, dünyada 767 972 961 koronavirusa yoluxma faktı qeydə alınıb, 6 950 655 nəfər ölüb. ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, ölənlərin həqiqi sayı ən azı 20 milyondur.

Mənbə: Financial Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir