Dünya

ABŞ “AH-64E Apache” helikopterlərinin Polşaya satışını təsdiqləyib

Sharing is caring!


ABŞ “AH-64E Apache” helikopterlərinin və digər sistemlərin Polşaya satışına icazə verib.

Bu barədə Dövlət Departamenti bəyanat yayıb.

“Polşa hökumətinə təxminən 12 milyard dollar dəyərində “AH-64E Apache” helikopterlərinin və müvafiq avadanlıqların potensial satışını təsdiqləyirik”, – bəyanatda deyilir.

Sənədə görə, Polşa hakimiyyəti əvvəllər ABŞ-dən 96 belə helikopter, eləcə də müxtəlif ehtiyat hissələri istəyib.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir