Dünya

Danimarka və Niderlandın diplomatları Quranın yandırılması ilə əlaqədar Türkiyə XİN-ə çağırılıblar

Sharing is caring!


Danimarka və Niderlandın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıblar.

Bu barədə Türkiyə KİV-ləri xarici işlər nazirliyində olan mənbəyə istinadən xəbər yayıb.

Hər iki ölkənin diplomatlarına Quranın təhqiri ilə bağlı etiraz notası təqdim edilib. 

Danimarka və Niderlanddan olan diplomatların diqqətinə çatdırılıb ki, Türkiyə İslam dininin müqəddəs kitabına qarşı həyata keçirilən kampaniyanı qətiyyətlə pisləyir və bir daha bu ölkələrin rəsmi şəxslərinə öz etirazını çatdırır.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir