Dünya

ABŞ prezidenti oğluna qarşı mümkün məhkəmə prosesində şahid olacaq

Sharing is caring!


Hanter Baydenin vəkili Kristofer Klark bildirib ki, müvəkkilinin atası ABŞ Prezidenti Co Bayden oğluna qarşı mümkün məhkəmə prosesində müdafiə şahidi olacaq.

Onun sözlərinə görə, 2022-ci ildə Hanter Baydenə qarşı aparılan istintaqla bağlı mediada yayılan məlumatlar “qanunsuz sızma”dır. Vəkil hesab edir ki, ABŞ Ədliyyə Nazirliyi prezidentin oğluna ittiham irəli sürərsə, o zaman onun vəkilləri Ağ Ev rəhbərini şahid qismində çağıracaqlar.

“Prezident Bayden, şübhəsiz ki, istənilən cinayət məhkəməsində müdafiə şahidi olacaq”.

Mənbə: Politico

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir