Dünya

Kanadalı reper konsertində pərəstişkarına minlərlə dollarlıq çanta hədiyyə etdi – VİDEO

Sharing is caring!


Kanadalı reper və prodüser Dreyk pərəstişkarına lüks brenddən dəbdəbəli hədiyyə verib.

36 yaşlı ifaçı ABŞ-nin Los-Anceles şəhərində konserti zamanı səhnəyə çəhrayı “Hermes Birkin” çantası ilə çıxıb. Konsertdən yayımlanan kadrlarda Dreykin ​​çantanı fan-zonanın ön cərgəsində dayanan fanata necə təqdim etdiyi əks olunub.

“Dreyk xəsis deyil. Əmin olun ki, mühafizə ona burdan çıxmaqda yardım etsin”, – deyə o qeyd edib.

Məlumdur ki, “Birkin” brendinin bu çanta modelinin təkrar satış platformalarında qiyməti 30 min dollara (51 000 manat – red.) çatır.

Mənbə: “Page Six”

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir