Dünya

Rumıniya Ukrayna taxılının tranzit mərkəzinə çevrilmək niyyətini açıqladı – FOTO

Sharing is caring!


Rumıniyanın Baş naziri Marçel Çolaku ölkə ərazisindən Ukrayna taxıl ixracı ilə bağlı gözlənilən rəqəmləri açıqlayıb.

Marçel Çolaku bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal ilə birgə mətbuat konfransı zamanı məlumat verib.

Beləliklə də Rumıniya Ukrayna taxılının tranzit mərkəzinə çevrilmək istəyini bəyan edib. Çolaku ümid etdiyini bildirib ki, Ukraynadan taxıl ixracının 60 faizə qədəri tranzit yolu ilə Rumıniya ərazisindən keçəcək.

Eyni zamanda o vurğulayıb ki, Ukraynanın taxıl təşəbbüsünün dəstəklənməsi Rumıniyanın özündən olan milli istehsalçıların maraqlarına zidd olmamalıdır. Baş nazir rumıniyalı fermerlərin də nəzərə alınmasının zərurətini qeyd edib.

“Rumıniyanın daxili bazarının və Rumıniya fermerlərinin mühafizəsi bu hökumətin əsas məqsədlərindən biridir və biz vəziyyətin düzgün istiqamətdə inkişafını təmin edəcəyik”, – deyə Rumıniya hökumətinin başçısı bildirib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir