Dünya

İranlı deputat hicabdan imtina edən məktəbliləri polislə hədələdi – FOTO

Sharing is caring!


İranlı deputat hicabdan imtina edən məktəbliləri polislə hədələyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, Təbrizin Bostanabad şəhərinin deputatı Qulamrza Nuri Qızılcə “Hicab və İffət Qanunu” layihəsində 18 yaşa qədər məktəblilərlə bağlı qaydaların olmasını xatırladıb və onları hüquq-mühafizə orqanlarına təhvil verməklə təhdid edib.

“Şagirdlər məktəbdə hicab qaydalarına məhəl qoymamağa davam edərsə, İranın hüquq-mühafizə və polis qüvvələri ilə tanış olacaqlar. Onlar məcburi hicab barədə üç dəfə xəbərdarlıq aldıqdan sonra məktəbin İntizam Komitəsi tərəfindən polisə təhvil veriləcəklər”, – deyə millət vəkili xəbərdarlıq edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir