Dünya

Havayda dəhşətli yanğında duası qəbul olan ev sahibi – FOTO/VİDEO

Sharing is caring!


Yanan evlərdən qalan kül və kömürləşmiş bünövrələrin kabus mənzərəsi fonunda salamat qalan ağ divarlı, qırmızı damlı, ikimərtəbəli ev… 

Kadrlar Havay arxipelaqının yanğın faciəsinin yaşandığı Maui adasındandır.

Videoda hətta evin ətrafındakı bəzi ağacların da yanğından xilas olduğu görünür.

Görüntülər sosial mediada böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub. İstifadəçilər binaya artıq ad da qoyublar: “Havayda meşə yanğınlarından salamat çıxan Qırmızı Ev”.

Qeyd edək ki, evin yanğından salamat çıxmasının dəqiq səbəbi məlum olmasa da, tikilmə üsulunun rol oynadığı ehtimal edilir.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir