Dünya

Güləş üzrə Azərbaycan yığmaları dünya çempionatına hazırlaşır

Sharing is caring!


Sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək.

Federasiyadan verilən məlumata görə, milli komandalarımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan məsul yarışa hazırlığı davam etdirirlər.

Sərbəst güləş üzrə yığmamız avqustun 9-dan Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Hazırlıq prosesi ayın 23-dək davam edəcək. Daha sonra komandamız DÇ üçün son hazırlıq mərhələsini Bakıda keçəcək.

Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə paytaxtda bir araya gəlib. Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında baş tutan hazırlıq prosesi avqustun 10-da start götürüb. Qadın güləşçilərimiz bazar günü Bakı toplanışını başa vuracaqsa, yunan-Roma güləşi üzrə yığmamız ayın 24-dək gündə iki dəfə olmaqla intensiv məşqləri davam etdirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir