Dünya

Azərbaycanlı hərbçi Ukraynada hünər göstərdi – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində hücumlarını daha da intensivləşdirib. Ukrayna ordusu tərəfindən bütün hücumların qarşısı alınıb.

M.Aslanov ötən gecə Ukrayna ordusunun qarşı tərəfə vurduğu zərbələrin nəticələrini açıqlayıb:

“480 Rusiya hərbçisi zərərsizləşdirilib, beş tank və 17 artilleriya sistemi məhv edilib”.

O da bildirilib ki, bir neçə həftə əvvəl Ukrayna Silahlı Qüvvələrinin “Muğan” təxəllüslü azərbaycanlı hərbçisi üç rusiyalı hərbçini əsir götürərək Ukrayna ordusuna təhvil verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir