Dünya

Havay adalarında baş verən yanğında ölənlərin sayı 106 nəfərə çatıb

Sharing is caring!


ABŞ-nin Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 106 nəfərə çatıb.

Bu barədə ştatın qubernatoru Coş Qrin məlumat verib.

Qrinin dediyinə görə, yaxın günlərdə ölənlərin sayının artacağı gözlənilir. Xilasedicilər axtarışları davam etdirirlər, indiyədək ölənlərdən yalnız dördünün şəxsiyyəti müəyyən edilib.

Qeyd edək ki, Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək nəticəsində yanğın qısa zamanda turizm şəhəri olan Lahainaya keçib və nəticədə şəhər tamamilə yanıb. Havay adalarında baş verən yanğınlar ABŞ-də ötən əsrin ən ölümcül hadisəsi olub. Ştata dəymiş ziyan altı milyard dollar dəyərində qiymətləndirilib.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir