Dünya

İranlı rejissor Kannda film nümayişinə görə həbs edilib

Sharing is caring!


Tehran Məhkəməsi rejissor Səid Rüstəini 2022-ci ildə Kann Film Festivalında “Leylanın qardaşları” filmini nümayiş etdirdiyinə görə altı ay həbs cəzasına məhkum edib.

Məhkəmə filmin prodüseri Cavad Novruzbəyi ilə bağlı da analoji qərar çıxarıb. Hər iki kinorejissor “İslam qanunlarına zidd təbliğata yardım etməkdə” təqsirli bilinib. Eyni zamanda, məhkəmə onların həbs müddətinin yalnız iyirmidə birini, yəni təxminən doqquz gününü bağlı qapı arxasında keçirəcəkləri barədə qərar çıxarıb. Cəzanın qalan hissəsi isə beş il müddətinə təxirə salınıb. Bu müddətdə müttəhimlər “törədilən cinayətlə bağlı fəaliyyətdən çəkinməli və kino sənayesində çalışan insanlarla ünsiyyətdə olmamalıdırlar”.

Qeyd edək ki, Səid Rüstəi 1989-cu ildə Tehranda anadan olub. O, karyerası ərzində “Həyat və bir gün”, “Asılılar”, “Leylanın qardaşları” kimi bir neçə film çəkib. Sonuncu 75-ci Kann Film Festivalının əsas müsabiqəsində rejissorun filmi Beynəlxalq Kino Mətbuat Federasiyasının mükafatına layiq görülüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir