Dünya

Türkiyədə temperatur rekordu qeydə alındı – FOTO

Sharing is caring!


Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki avqustun 15-də ölkədə temperatur rekordunun qırıldığını açıqlayıb və ən yüksək hərarətin Əskişəhərin Sarıcakaya rayonunda 49,5 dərəcə olduğunu bildirib.

Nazir sosial media hesabından istilərlə bağlı paylaşım edib.

O, xatırladıb ki, öncəki rekord 20 iyul 2021-ci ildə Şırnakın Cizre şəhərində 49,1 dərəcə olaraq qeydə alınıb.

“Mən hər kəsi Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi 2053-cü il üçün Sıfır Emissiya və Yaşıl İnkişaf hədəflərimizə uyğun olaraq həssas olmağa dəvət edirəm”, – Özhaseki əlavə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir