Dünya

Havayda meşə yanğınlarında ölənlərin sayı 100-ə yaxınlaşıb – VİDEO

Sharing is caring!


Maui adasındakı yanğında ölənlərin sayı növbəti 10 gün ərzində iki dəfə arta bilər.

Bu barədə Havay qubernatoru Coş Qrin xəbərdarlıq edib.

Onun sözlərinə görə, xilasetmə qrupları hər gün 10-20 şəxsin qalıqlarını tapa bilərlər. Hazırda isə 99 nəfərin öldüyü təsdiqlənib.

O da vurğulanır ki, güclü yanğın nəticəsində metal konstruksiyaların da əridiyi nəzərə alınsa, həlak olanların şəxsiyyətini müəyyənləşdirmək asan olmayacaq.

Qeyd edək ki, Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahainaya keçib və şəhər tamamilə məhv olub. ABŞ-də son 100 ilin ən ölümcül meşə yanğını hesab edilən fəlakət nəticəsində azı 2 200 bina dağılıb (onların 86%-i yaşayış binaları olub), minlərlə insan evsiz qalıb. Dəymiş ziyan 5,5 milyard dollar həcmində qiymətləndirilir.

Mənbə: Cbsnews.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir