Dünya

İranın xarici işlər naziri Səudiyyə Ərəbistanına səfər edəcək

Sharing is caring!


İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsindən yeddi il sonra, avqustun 17-də Səudiyyə Ərəbistanına səfəri gözlənilir.

İranlı nazir bildirib ki, Ər-Riyada qarşıdakı səfəri zamanı onu İslam Respublikasının yeni səfiri müşayiət edəcək və o, rəsmi olaraq krallıqda fəaliyyətə başlayacaq.

“Səudiyyə Ərəbistanının yeni səfiri də tezliklə Tehranda fəaliyyətə başlayacaq. Krallığın diplomatik və konsulluq heyəti isə artıq İranda fəaliyyətə başlayıb”, – deyə Abdullahian əlavə edib.

Öz növbəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bazar ertəsi keçirdiyi brifinqdə İslam Respublikasının Prezidenti İbrahim Rəisinin Ər-Riyada səfər etmək üçün dəvət aldığını, səfərin tarixinin hələ razılaşdırılmadığını vurğulayıb.

Mənbə: İnterfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir