Dünya

Türkiyə Ərdoğan-Putin görüşü ərəfəsində taxıl sövdələşməsi ilə bağlı təmasları gücləndirir

Sharing is caring!


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında mümkün görüş ərəfəsində Ankara Ukrayna, ABŞ və Avropa İttifaqı (Aİ) ilə taxıl sazişi üzrə çoxtərəfli diplomatik işi gücləndirib.

Məlumata görə, proses Xarici İşlər, Müdafiə və Ticarət nazirlikləri vasitəsilə həyata keçirilir. Danışıqlar ərəfəsində Ərdoğan və Putin arasında taxıl təşəbbüsünün həyata keçirilməsi ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində işlər intensivləşib.

Qeyd edək ki, “Milliyet” qəzeti Putinin Türkiyəyə səfərinin yaxın günlərdə baş tutacağını iddia edir. Eyni zamanda, “Ahaber” telekanalı Rusiya lideri respublikaya gəlməsə, Ərdoğanın Rusiyaya səfər edəcəyini bildirir.

Xatırladaq ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov avqustun 3-də Rusiya və Türkiyə prezidentlərinin görüşünün yeri və dəqiq tarixinin diplomatik kanallar vasitəsilə razılaşdırılacağını demişdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir