Dünya

Xerson atəşə tutuldu: 23 günlük körpə valideynlərilə birgə öldü – FOTO

Sharing is caring!


Rusiya ordusu avqustun 13-də Ukraynanın Xerson vilayətini kütləvi şəkildə atəşə tutub. Zərbələr nəticəsində biri uşaq olmaqla altı nəfər həlak olub.

Bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko və prezident aparatının rəhbəri Andrey Yermak məlumat veriblər.

Məlumata görə, atəş nəticəsində yerli sakinlər – ər, arvad və onların cəmi 23 günlük olan qızı həlak olub.

Bununla yanaşı, 12 yaşlı uşaq da ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Bildirilir ki, raket atəşi nəticəsində beş fərdi ev dağılıb.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir