Dünya

Avropada günün maraqlı oyunları: Çempion “Barselona” ilk matçını keçirəcək – AFİŞA

Sharing is caring!


Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə, Fransa, İspaniya və Türkiyədə yenicə start götürən mövsümün ilk turunun matçları baş tutacaq

İngiltərə Premyer Liqasında turun mərkəzi matçı “Çelsi” və “Liverpul” arasında birincilərin meydanında baş tutacaq. Görüş saat 19:30-da (Bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.) start götürəcək. Ötən mövsüm uğursuz olan “Tottenhem” ilk turda “Brentford”un qonağı olacaq.

Fransa Liqa 1-də iddialılardan “Monako” “Klermon”un, “Lion” “Strazburq”un qonağı olacaq. Oyunlar müvafiq olaraq, saat 17:00 və 22:45-də başlayacaqlar.

İspaniya La Liqasında son çempion “Barselona” ilk oyununu keçirəcək. Kataloniya klubu Madriddə “Xetafe”nin qonağı olacaq. Qarşılaşmanın start fiti saat 23:30-da səslənəcək.

Türkiyə Super Liqasında ötən mövsümün gümüş medalçısı “Fənərbağça” meydana çıxacaq. “Bülbüllər” saat 22:45-də başlayacaq ev görüşündə “Qaziantep”in müqavimətini qırmağa çalışacaqlar.

Avropada günün maraqlı futbol matçları

İngiltərə Premyer Liqası

17:00. “Brentford” – “Tottenhem”

19:30. “Çelsi” – “Liverpul”

Fransa Liqa 1

17:00. “Klermon” – “Monako”

22:45. “Strazburq” – “Lion”

İspaniya La Liqası

23:30. “Xetafe” – “Barselona”

Türkiyə Super Liqası

22:45. “Fenerbahçe” – “Qaziantep”

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir