Dünya

Fransada yüksək temperatur səbəbindən “narıncı” təhlükə səviyyəsi elan edilib

Sharing is caring!


Fransa meteoroloqları ölkənin cənub-şərqində gözlənilən yüksək temperatur səbəbindən iqlim təhlükəsinin sondan əvvəlki (“narıncı”) səviyyəsini elan ediblər.

Bu barədə “Meteo France” milli meteorologiya xidməti məlumat yayıb.

Bununla əlaqədar olaraq, meteoroloqlar sözügedən bölgənin sakinlərinə ehtiyac yaranmadıqca gündüzlər küçəyə çıxmamağı, daha çox su içməyi, həmçinin meteohəssas insanlara diqqət yetirməyi tövsiyə edir.

Meteoroloqlar yüksək temperaturun nə zaman səngiyəcəyi barədə isə heç bir məlumat verməyiblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir