Peyk görüntüləri Şimali Koreyada baş verən daşqınlardan sonra Yonben mahalında yerləşən nüvə obyektinə qoşulmuş nasos stansiyalarına zərər dəydiyini təsdiq edir.
Xeberal.Az xəbər verir ki, bu barədə Şimali Koreya ilə əlaqədar xəbərləri dərc edən “38 North” agentliyi məlumat yayıb.
Peyk görüntülərini təhlil edən mütəxəssislər iddia edir ki, nüvə obyektinə qoşulmuş iki nasos stansiyası su altında qalıb.