Dünya

Zelenski: “Azərbaycan Ukraynaya növbəti humanitar yardım paketi təqdim etməyə hazırdır” – VİDEO

Sharing is caring!


“Azərbaycan minatəmizləmə avadanlıqları da daxil olmaqla yeni humanitar paket təqdim etməyə hazırdır. Minatəmizləmə bizim tərəfdaşlarımızla əməkdaşlığımızın vacib istiqamətlərindən biridir. Ukraynanın tərəfdaşlarından bu avadanlıqları qəbul etməyə ehtiyacı var. Bu, həmçinin Ukraynada istehsal əsaslı olmalıdır ki, biz torpaqlarımızı Rusiya minalarından təmizləyə bilək. Və bu vəzifə onilliklərlə deyil, yaxın illər ərzində tamamlanmalıdır”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi gecə videomüraciətində bildirib.

Ukrayna lideri bildirib ki, hazırda ümumilikdə 174 000 kvadrat kilometr ərazi minalar və partlamamış sursata görə təhlükəlidir.

“Mütəxəssislərimiz hər gün yüzlərlə partlayıcı obyekt aşkarlayır. Və nə qədər çox minatəmizləyici maşınlarımız, xüsusi minatəmizləmə aparatlarımız olsa, təhlükəsizliyimizi bir o qədər fəal şəkildə bərpa edə biləcəyik. Bizə kömək edən hər bir ölkəyə təşəkkür edirik”, – deyə V Zelenski vurğulayıb.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.az RU (@ruoxuaz)

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir