Dünya

Polşada “Vaqner”in işə qəbul haqda elanları peyda oldu – FOTO

Sharing is caring!


Polşanın Krakov şəhərində Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin simvolları olan qəribə stikerlər peyda olub.

Stikerlərin üzərində şirkət barədə əlaqə məlumatları qeyd edilib.

“Vaqner”in loqosu olan stikerlərdə işə qəbulla bağlı çağırış və “Vaqner”in saytında daha ətraflı məlumatı əks etdirən QR-kod əks olunub.

Artıq polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

“Əvvəllər oxşar stikerlər Rusiyada peyda olurdu və rusiyalıları Donbasda döyüşməyə çağırırdı. Bu dəfə onlar Krakovda peyda olublar. QR-kod ilə açılacaq səhifənin real olduğuna dair hər hansı zəmanət yoxdur”, – deyə Krakov Şəhər Şurasının deputatı Lukaş Vantux bildirib.

“Vaqner”ə qoşulmaq istəyənlərdən sosial şəbəkələrdəki profillərini silmələri, stomatoloqdan ağız boşluğunun sağlamlığını təsdiq edən sənəd gətirmələri, həmçinin döş qəfəsinin rentgeni tələb olunur. Yaş kateqoriyası isə 24-dən 50-yə qədər göstərilir.

Araşdırmaçı jurnalist və şirkətlərdən birinin təhlükəsizlik üzrə eksperti Roman Osisa qeyd edib ki, bu stikerlər, ehtimal ki, Rusiyanın polyakları qorxutmaq üçün apardığı təbliğat müharibəsinin bir hissəsidir.

“Uzun həftələrdir ki, “Vaqner”çilər bizi inandırmağa çalışırlar ki, onlar artıq Polşadadırlar. Rusiyalılar bizdə çaxnaşma və qorxu yaratmaq istəyirlər. İstisna deyil ki, kimsə Polşada Rusiya ilə əməkdaşlığa hazır olanların izinə düşmək və ya yaxalamaq istəyir”, – deyə ekspert vurğulayıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir