Dünya

Bred Pitt və Ancelina Coli yeddi illik məhkəmə çəkişməsindən sonra boşandılar

Sharing is caring!


Hollivud aktyorları Bred Pitt və Ancelina Coli yeddi illik məhkəmə çəkişməsindən sonra boşanma prosesini yekunlaşdırıblar.

Məlumata görə, keçmiş həyat yoldaşları bütün məsələləri həll edib, razılığa gəliblər.

Məhkəmə sənədlərinə əsasən, Ancelina Coli aktyorların 2014-cü ildə evlilik mərasimini keçirdikləri Fransanın “Şato Miraval” şərab zavodu ilə bağlı ayrıca məhkəmə işini həll etmək üçün vasitəçiyə müraciət etməyə razılaşıb.

Qeyd edək ki, 59 yaşlı Bred Pitt və 48 yaşlı Ancelina Coli 2016-cı ildə təyyarədəki qızğın mübahisədən sonra ayrıldıqlarını elan ediblər. Cütlüyün 21 yaşlı Maddoks, 19 yaşlı Paks, 18 yaşlı Zahara, 17 yaşlı Şilo və 15 yaşlı əkizlər Noks və Vivyen adlı uşaqları var.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir