Dünya

Marsda helikopter uçuşunun görüntüləri lentə alındı – VİDEO

Sharing is caring!


“Perseverance” roveri 54-cü dəfə Marsın – qırmızı planetin səmasına qalxan “İngenuity” helikopterinin yeni uçuş videosunu Yerə ötürüb.

Perseverance “Mastcam-Z” kamerası ilə helikopterin uçuşunu lentə ala bilib. Əldə edilən video uçuşun heyrətamiz detallarını qeydə alır, “İngenuity”nin yüksəldiyini, havada qaldığını və fırlandığını, daha sonra yenidən Ezero kraterinin dibinə endiyini əks etdirir.

Uçuş zamanı çəkilişlər təkcə “Perseverance” tərəfindən həyata keçirilməyib. “İngenuity” helikopteri də həmçinin öz “dost”u olan roverin fotolarını da çəkə bilib.

Qeyd edək ki, “Perseverance” və “İngenuity” 2021-ci ilin fevralında Ezero kraterinə eniş ediblər. Rover Marsın keçmişində mümkün həyat izlərini axtarır, həmçinin daha sonra Yerə çatdırılacaq nümunələri toplayır. Kiçik helikopter ona bu işdə kömək edir.

Ancaq bu, “İngenuity”nin ilkin məqsədi deyil. Helikopterin buraxılışında əsas məqsəd Marsın nadir atmosferində uçmağın mümkünlüyünü nümayiş etdirmək olub. Cihaz beş uçuş həyata keçirərək bu tapşırığın öhdəsindən gəlməyi bacarıb və indi daha geniş missiyaya keçib.

Mənbə: Space.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir