Dünya

Ekvadorda prezidentliyə namizədi öldürənlər başqa dövlətin vətəndaşlarıdır

Sharing is caring!


Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensionun qətlinə görə saxlanılanların hamısı başqa ölkənin vətəndaşıdır.

Bu barədə Ekvadorun Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Polis Konokoto sektorunda və şəhərin cənubunda bir neçə ünvanda axtarışlar aparıb. Nəticədə altı nəfər saxlanılıb, onların hamısı başqa ölkənin vətəndaşıdır”, – məlumatda qeyd olunur.

Lakin saxlanılanların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir