Dünya

ABŞ-dən növbəti ikiüzlülük: Azərbaycana qarşı yeni böhtan kampaniyasına başlanılıb

Sharing is caring!


ABŞ-nin ikiüzlü, riyakar siyasəti davam edir. Bu ölkə rəsmiləri Azərbaycanla təmaslar zamanı belə təsəvvür formalaşdırmağa çalışırlar ki, guya ABŞ-də anti-Azərbaycan mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır. Başqa sözlə, “biz etmirik, lobbiçilər” edir deyirlər. Amma əslində ABŞ Dövlət Departamentinin, bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamentinin qeyri-rəsmi “mətbuat orqanı” kimi tanınan KİV-ləri mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirirlər.

ABŞ-də keçirilən “Qlobal Demokratiya Sammiti”nə Ermənistan dəvət edilmişdi. Ancaq Azərbaycan və Türkiyə bu tədbirə dəvət olunmamışdı. Demokratiyanın “d”sindən xəbəri olmayan bir sıra ölkələrin, o cümlədən Ermənistanın həmin tədbirə çağırılması, Azərbaycanın və qardaş Türkiyənin dəvət edilməməsi əlbəttə, böyük ədalətsizlikdir, amma bizim üçün çox da əhəmiyyətli deyil. Çünki bu gün türk dünyasının böyüməsi bəzilərini narahat edir. Onlar türk dünyası inkişaf etdikcə gerçək demokratiyanın necə olduğunu görəcəklər…

Heç kimə sirr deyil ki, ABŞ tərəfindən Gürcüstan və Ukraynaya ərazi bütövlüyü məsələsində verilən dəstək heç vaxt Azərbaycana verilməyib. Amerikanın əvvəlcə Azərbaycanda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson Tbilisidə işləyəndə açıq şəkildə Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırırdı, Gürcüstanın ərazi bütövlüyünə dəstək verirdi. R.Uilson Azərbaycanda işlədiyi zaman isə bir dəfə də olsun Ermənistanı qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmağa çağırmayıb. Baxın, növbəti riyakarlıq, ikili standart.

Xatırlayırsınızsa, 2014-cü ildə Rusiya Ukraynanın Donbas ərazisinə humanitar yardım göndərmək məqsədilə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdı. Bu təşəbbüs dərhal ABŞ və beynəlxalq birlik tərəfindən rədd edilmişdi. Hətta müzakirələrdə ABŞ-nin BMT-dəki nümayəndəsi bunu başqa ölkənin ərazisinə birbaşa müdaxilə cəhdi kimi qiymətləndirirdi. Bildirirdilər ki, humanitar yardım ərazi bütövlüyünə hörmət edilməklə həyata keçirilə bilər. Demokratiyadan, ədalətdən, ərazi bütövlüyündən danışanlar niyə indi bu sözləri Azərbaycan haqqında demirlər? Əksinə, bizdən Ermənistandan göndərilən yüklər üçün sərhədlərin açılmasını tələb edirlər?

İndi ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” və digər media orqanlarında Azərbaycana qarşı böhtan kampaniyasına start verilib. Bu cür siyasətlə ABŞ özünün regiondakı mövqelərinə zərbə vurur. Çünki regionun lider dövləti olan Azərbaycanla münasibətlər bölgədə fəal olan istənilən ölkə üçün son dərəcə önəmlidir.

“Report”un analitik qrupu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir