Dünya

Ərdoğan bir fərmanla onlarla valini işdən azad edib

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 81 vilayətindən 57-sinin valisinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı fərman imzalayıb.

Məlumata görə, fərmanda kadr dəyişikliyinin səbəbləri göstərilməyib. Fərman Ankara və İstanbul valilərinə aid edilmir.

Müxalifətçi siyasətçilərin fikrincə, prezident Türkiyə Nazirlər Kabineti və Milli Təhlükəsizlik Şurasının bir gün əvvəl keçirilən iclaslarının nəticələrinə əsasən belə bir qərar verib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə lideri regionlardakı təhlükəsizlik idarələrinin rəhbərlərinin əksəriyyətini vəzifəsindən azad edib.

Mənbə: Resmi Gazete

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir