Dünya

Nigerdə üsyançılar yeni hökumət qurduqlarını elan ediblər

Sharing is caring!


Niger üsyançılarının başçısı Abdurahman Tçiani ölkədə yeni keçid hökumətinin yaradıldığını elan edib.

Bildirilib ki, hökumətdə 20 nazir təmsil olunur, onların arasında hərbçilər və mülki şəxslər də var.

Məlumat üçün əlavə edək ki, iyulun 26-da bir qrup Niger hərbçisi qiyam qaldırıb, Prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıb, ölkədə komendant saatı tətbiq edib, partiyaların fəaliyyətini qadağan edib.

Ölkənin idarə edilməsi üçün iyulun 28-də general Abdurahman Tçianinin rəhbərliyi ilə Milli Şura yaradılıb.

Mənbə: ActuNiger

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir